ООО Az-granata 

Баку

ООО Az-granata 

Ağsuda yerləşən zavod 8.8 hektar ərazidə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 kvadratmetrdir. İstehsalat sahəsi 15000 kvadratmetr olan zavodun örtülü köməkçi sahəsi 5500 kvadratmetrdir. Zavod ətrafında 24000 kvadratmetr ərazi yaşıllaşdırılmışdır.

Kanalizasiya xəttinin uzunluğu 8000 metrdir. Zavodun su ehtiyacını qarşılamaq üçün 6 ədəd artezian quyusu istifadəyə verilmişdir. Artezian vasitəsilə günlük 700-800 ton su təmin edilərək zavodun istifadəsinə verilir. Bundan əlavə zavodun 1000 ton su ehtiyyatı və saatda 40 ton suyu təmizləməyə malik su filteri mövcuddur. Zavodda 2 ədəd 2000 kV-lıq transformator, 1 ədəd 1750-lik generator. 800 kV-lıq UPS sistemi və 7 km elektrik xətti vardır. Zavodun daxili havasını saatda 10-15 dəfə dəyişəcək şəkildə havaladırma sistemi qurulmuşdur. Cari halda 180 nəfəri iş ilə təmin edən zavod yaxın gələcəkdə 350 nəfərə iş imkanı verəcəkdir.

Zavod şirə və şərab istehsalat sexləri, 5 mərtəbəli inzibati bina və ziyarətçilərin qonaqlaması üçün 3 mərtəbəli və 13 qonaq otaqlı otel binasından ibarətdir. Zavodun istehsal sexləri meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlama, şərab emalı və saxlanılması, şərabın qablaşdırılması, spirt emalı, aseptik saxlanma, meyvə şirəsi hazırlama, şüşə dolum və qablaşdırma, tetra-pak dolum və qablaşdırma bölmələrindən ibarətdir. İstehsal gücü saatda 12 ton meyvə şirəsi və 3 ton şərab olan zavod saatda 20 ton meyvə qəbulu gücünə malikdir. İllik istehsal gücü isə 50000 ton meyvə şirəsi vəya 65 milyon şərti qabdlaşdırmadır. Zavodun meyvə qəbulu sexi üzüm, nar, alma, armud və heyva çeşidləri üçün uyğundur. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, istənməyən mikro orqanizmlərin öldürülməsi, aseptik çəndə saxlanılması və qatılaşdırılaraq konsentrat hala gətirilərək aseptik çənə doldurulması mərhələləri həyata keçirilir.